AZ

Rusiyada dəhşətli qəza: İki tramvay toqquşdu, 80 nəfər...

Rusiyanın Kemerovo şəhərində iki tramvayın toqquşması nəticəsində xəsarət alanların sayı 80 nəfərə çatıb.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ren-TV məlumat yayıb.Bildirilir ki, insidentdən sonra üçü uşaq olmaqla 70 nəfər artıq yerli xəstəxanaya çatdırılıb. Daha əvvəl 50 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi."Üç xəstənin vəziyyəti ağır, digərinin vəziyyəti isə son dərəcə ağırdır", - məlumatda deyilir. Daha on zərərçəkmişə ambulator müalicə alıb.Xatırladaq ki, ötən gün Kemerovonun Loqovaya şossesində 10 saylı nəqliyyat maşını eyni istiqamətdə hərəkətdə olan digər tramvaya çırpılıb.

Seçilən
134
1
mediaxeberleri.az

10Mənbələr