21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
İdman.biz xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu U-21 Slovakiya ilə qarşılaşacaq.
Matç Senec Məşq Mərkəzində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Yoldaşlıq oyunu
7 iyun
20:30. Slovakiya – Azərbaycan
Senec Məşq Mərkəzi
İdman.biz