AZ

Sumqayıt Tibb Mərkəzində birgünlük cərrahiyyə sisteminin tətbiqinə başlanılıb

Bakı. Trend:

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Xəstəxanasındabirgünlük cərrahiyyə xidməti istifadəyə verilib.

Bu barədə Trend-ə media-tur çərçivəsində açıqlama verən Mərkəzincərrahi işlər üzrə direktor müavini Ramin Qasımov qeyd edib ki,cərrahiyyədə stasionar yatış xidmətlərindən birgünlük cərrahiyyə(əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid başverir.

“Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırdadörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklikcərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişaflabağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərintəkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardanistifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərinqurulması kimi yeniliklər sayəsində pasiyentə qısa müddət ərzindəcərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq”, - deyəo bildirib.

R.Qasımov qeyd edib ki, bir sıra təcili, planlı cərrahi xidməttələb edən hallarda birgünlük cərrahiyyə xidməti stasionarçarpayılarda doluluğun qarşısını almaqda, xəstələrin erkən normalgünlük həyat tərzinə qayıtmaqda fayda verəcək.

Seçilən
121
11
az.trend.az

10Mənbələr