AZ

U-17 və U-19 yığmalarımızın AÇ-dəki rəqibləri bəlli oldu

17 və 19 yaşadək qadın futbolçulardan ibarət yığmaların (U-17 və U-19) Avropa çempionatının 2024/25 mövsümünün 1-ci mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, Azərbaycan yığmalarının da rəqiblərinin kimliyinə aydınlıq gəlib.

Əvvəlcə 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün 1-ci mərhələsindəki rəqibləri müəyyənləşib. Bu gün təşkil edilən püşkatma mərasimində U-17 millimiz B Liqasının 5-ci qrupunda Serbiya və Lüksemburqa rəqib olub.

İyulun 1-dən dekabrın 3-dək təşkil olunacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.

Daha sonra 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün 1-ci mərhələsindəki rəqibləri bəlli olub. Bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan U-19 millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.

İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.

Seçilən
159
8
arena.az

10Mənbələr