Almaniyanın Bonn şəhərində Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.BUTA.TV xəbər verir ki, bu barədə COP29-un X səhifəsində paylaşım edilib. İmzalanma mərasimində COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iştirak ediblər. Mərasimdən sonra tərəflər arasında Azərbaycanı COP29-un ev sahibi kimi statusunu təsdiqləyən məktub mübadiləsi aparılıb. Bildirilir ki, hazırda Azərbaycan tərəfi tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və s. olmaqla kompleks məsələlər üzərində böyük komanda ilə iş aparılır.