ABŞ-də ağır yol-nəqliyyat hadisəsi olub.
Lent.az xəbər verir ki, bu barədə NBC məlumt yayıb.
Qeyd olunub ki, üç yük maşını qəzaya düşüb, onlardan ikisi yanıb.
Hadisənin ardınca magistralda 100-ə yaxın avtomobil toqquşub.
Qəza zamanı iki nəfər ölüb, 30 nəfər yaralanıb.
Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.
Qəzaya səbəb qatı duman göstərilir.