AZ

“Der Standard” qəzetinin yalana əsaslanan böhtançı çıxışı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Avstriyanın “Der Standard” qəzetinin 21 oktyabr nömrəsində dərc olunmuş saxta xəbər (feyk nyus) əsaslı material barədə açıqlama yayıb. 
MEDİA-dan XQ-ya verilən açıqlama­da bildirilib: “Avstriyanın “Der Standard” qəzeti 2023-cü il 21 oktyabr il tarixli nöm­rəsində “Dağlıq Qarabağda etnik təmiz­ləmə təhlükəsi” başlıqlı reportaj yayım­lanıb. Materialın müəllifi, telejurnalist Jo Angerer heç bir araşdırma aparmadan müxtəlif detalları fakt kimi təqdim edərək bu il sentyabrın 19-da Azərbaycanın öz ərazisində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək apardığı lokal antiterror tədbirləri barədə yanlış təəs­sürat yaratmışdır. Jurnalist auditoriyanı yönləndirmək məqsədilə xəbərin miq­yası və məzmunundan daha çox onun şərh hissəsini manipulyasiya predmetinə çevirmiş, qarşı tərəfin rəyini nəzərə al­mayaraq jurnalistikanın balans prinsipi­ni pozmuş, bölgədəki mövcud vəziyyəti obyektiv ifadə etməyən birtərəfli material hazırlamışdır. 
Azərbaycan Respublikasının müvafiq rəsmi hakimiyyət orqanları hansı media subyektində çalışmasından və hansı ölkəni təmsil etməsindən asılı olmaya­raq bütün jurnalistlərin informasiya əldə etmək hüququna hörmətlə yanaşır və jur­nalist sorğularının operativ cavablandırıl­masına hər zaman hazırdır. Vurğulamaq istərdik ki, nə “Der Standard” qəzeti, nə də Jo Angerer lokal antiterror tədbiri ilə bağlı Azərbaycan Respublikasının mü­vafiq dövlət orqanlarına heç bir müraciət etməmişdir. 
Azərbaycan Respublikasının Medi­anın İnkişafı Agentliyi olaraq “Der Stan­dard” qəzetində şəxsi, subyektiv siyasi mülahizələr əsas götürülərək reallıqları təhrif edən, media etikası və jurnalistin peşəkarlığı prinsipləri ilə bir araya sığ­mayan materiala yer verilməsinin təəssüf hissi doğurduğunu bildirir, eyni zamanda, sözügedən qəzeti Azərbaycan Respub­likasının rəsmi mövqeyini nəzərə alaraq regionumuzda mövcud siyasi reallıqlar barədə material hazırlamağa çağırırıq”.

Seçilən
580
3
xalqqazeti.az

10Mənbələr