Bu gün tarix dərsliklərində rast gəldiyimiz yanlış informasiyaları yazan tarixçilər, sosial şəbəkələrdə özlərini tədqiqatçı kimi qələmə verən şəxslər və elmdə Avropa və Şərqin dəqiq mənbələrinə istinad etməyənlər ərəb-fars mənbələrinin təsiri altında hegemonluq etməyə cəhd edirlər. Ölkədə bir qrup tədqiqatçı var ki, tarixə din nöqteyi nəzərindən baxır.
Məsəl üçün Babək İslamı yayan ərəblərə qarşı savaşıb, Şah İsmayıl dövləti ayaq üstə saxlamaq üçün şiəlik idealogiyasından istifadə edib deyə konkret bu iki şəxsə qarşı aqressiya var. Tarixə milli-ideloji-vətənpərvərlik nöqtəsindən baxmayan bu şəxslərin teoloji təsir altında olması bizi üzür. Dövrün proseslərini görməzdən gəlib “Ərəb və fars mənbələri” belə yazıb deyə əllərində bayraq edib ağzılarına gələni yazırlar. Belə adamlara ciddi yanaşmıram, dinin təsiri altında olan manqurt kimi yanaşıram. Ərəblərə qarşı 20 il savaşan Babəkə çoxsaylı ərəb səlnaməçiləri və yazarları hansı müsbət baxış göstərə bilər? Yaxud Osmanlılara və ərəblərə, farslara qarşı savaş açan Şah İsmayıla onlar necə düzgün qiymət verə bilərlər? Ən azından helminiz olsun, elminiz olmasa da. Bütün bu böhtanlar Bağdad xəlifələrinin sifarişi əsasında yazılırdı ki, əhalini bu hərəkata qarşı bədbin etsinlər, həmçinin digər məntəqələrin onları dəstəkləməsi üçün belə vasitələri nəzərdə tuturdular
Babək Hürrəmi barədə o qədər yanlış və düşməncəsinə yanaşanlar içərisində ciddi bir qaynaq, əlyazma ilə ortaya çıxan yoxdur. Ərəb və farslara istinad edənlər isə bir qədər digər mənbələrə və qaynaqlara nəzər salsalar da yaxşı olar. Baxın onun həyat yoldaşı
Banu Hatun haqqında bütün suallara cavab verən yazım: