Vermont ştatından demokrat senator Piter Uelç İsrailin Qəzza zolağında potensial quru əməliyyatı ilə bağlı narahatlığını ifadə edib və onun fikrincə, anklav sakinləri üçün fəlakətli nəticələr olacaq...Poliqon xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb."Şübhə yoxdur ki, qaçılmaz quru əməliyyatı Qəzza zolağında günahsız fələstinlilər üçün fəlakətli nəticələrə səbəb olacaq və girovların xilas edilməsi səylərini ciddi təhlükə altına salacaq", deyə Piter Uelç bildirib.Konqresmen vurğulayıb ki, İsrail HƏMAS-a hücum etmək hüququna malikdir, eyni zamanda Qəzzanın mülki əhalisini qorumaq öhdəliyi də var.Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.Poliqon.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta