AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.
Lisenziyaları iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev təqdim ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta