Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.
“Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin apardığı müstəqil siyasəti qəbul etmək istəməyənlər çox fəallıq göstərirlər ki, 44 günlük müharibədə və 19-20 sentyabrda keçirilmiş antiteprror əməliyatında Azərbaycanın qazanılmış qələbəsinə kölgə salsınlar, ermənilərin Qarabağdan getməsini etnik təmizləmə kimi qələmə versinlər. Biz onları qovmamışıq,hətta bizim əlimizdə BMT kimi nüfuzlu bir təşkilatın missiyasının rəyi var. Rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalisini zorla qovmayıb. Bu artıq nüfuzli beynəlxalq təşkilatın rəyidir. Biz bu rəyi xarici siyasətimizdə geniş istifadə etməliyik.
Dünən 3+3 formatında keçirilən Tehran görüşündə qəbul edilən bəyanatda dövlətlərin ərazi bütövlüyü,mübahisələrin sülh yolu ilə həlli, siyasi müstəqillik, suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı öz əksini tapmışdır. Bir daha Tehran görüşündə Zəngəzur dəhlizinin İran ərazisindən keçə biləcəyi ideyası da öz təsdiqini tapmış, bu işin tez bir zamanda icra olunması vacibliyi qeyd olunmuşdur.
5Mənbələr
-
demokrat.azİlham Əliyevin müstəqil siyasətini qəbul etmək istəməyənlər fəallıq göstərirlər — Vahid Əhmədov ( 766186)
-
demokrat.azİlham Əliyevin siyasətini qəbul etmək istəməyənlər fəallıq göstərirlər — Vahid Əhmədov ( 764645)
-
gununsesi.infoİlham Əliyevin siyasətini qəbul etmək istəməyənlər fəallıq göstərirlər - Vahid Əhmədov ( 763438)
-
moderator.azİlham Əliyevin siyasətini qəbul etmək istəməyənlər fəallıq göstərirlər ( 762967)
-
modern.azİlham Əliyevin siyasətini qəbul etmək istəməyənlər fəallıq göstərirlər - Vahid Əhmədov ( 761586)