AZ

"Prius" beton arakəsməyə çırpıldı: 27 yaşlı gənc öldü, 4 yaralı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.

 

İdarəetməni itirən "Toyota Prius" markalı minik avtomobili beton arakəsməyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Sürücü və 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

 

Xəsarət alan sərnişinlərdən 1997-ci il təvəllüdlü İlqar Murad oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Qəzada vəfat edən 27 yaşlı İlqarın fotosunu təqdim edirik:

 

Qafqazinfo

 

Tarix: 17 İyun 2024, 12:29   
Seçilən
108
23
pravda.az

10Mənbələr