AZ

Mərdəkanda 27 yaşlı kişi qətlə yetirildi - Şübhəli saxlanıldı

Bakıda 27 yaşlı kişi qətlə yetirilib, şübhəli saxlanılıb.
  Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 19-da paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Talıbov Adil Xəyal oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1999-cu il təvvəllüdlü Süleymanlı Mətləb Müşfiq oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib, araşdırma aparılır.

Seçilən
88
39
manset.az

10Mənbələr