NATO-nun Baş katibi Yens Stoltenberq hərbi bloka üzv ölkələrə ünvanladığı məktubda İsveçin noyabrın 28-29-dan gec olmayaraq alyansa üzv qəbul edilməli olduğunu bildirib.Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi İsveç hökumətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olması barədə protokolu baxılması üçün parlamentə təqdim edib. Prosedura əsasən, sənədə əvvəlcə beynəlxalq məsələlər üzrə komissiyada baxılacaq, təsdiqlənəcəyi təqdirdə parlamentdə səsverməyə qoyulacaq.(Trend)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta