AZ

Dumfris yeni müqavilə təklifi alıb

Denzel Dumfris “İnter”lə yeni müqavilə bağlayacaq. Niderland millisinin sağ cnah müdafiəçisi bu barədə özü məlumat verib.

Futbolinfo.az xəbər verir ki, Dumfris Milanda xoşbəxt olduğunu deyir: “Şəhər, klub xoşuma gəlir. Qalmaq istəyirəm. Hazırda “İnter”lə yeni müqavilənin şərtlərini müzakirə edirik. Ortaq məxrəcə gələ biləcəyimizə inamım böyükdür”.

“İnter”də özünü çox rahat hiss etdiyini deyən Dumfris klubdan 2028-ci ilin yayında bitəcək müqavilə təklifi alıb. İtaliya klubuna 2021-ci ildə PSV-dən gələn 27 yaşlı oyunçunun hazırkı anlaşması növbəti mövsümün sonunda bitəcək.

Seçilən
747
37
futbolinfo.az

10Mənbələr