AZ

Yanıq xəsarətləri alan 10 günlük körpənin son durumu AÇIQLANDI

19.06.2024-cü il tarixində saat 21:22-də kürək nahiyəsində yanıq xəsarəti ilə 10 günlük körpə (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasına yerləşdirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlıya təcili yardım şöbəsində zəruri ilkin tibbi yardım göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub:

"Ona başın təpə ənsəsinin, boynun arxası, sol kürək nahiyəsi və sol çiyin qurşağının II və III dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda körpənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

***

09:12

Sumqayıtda 13 günlük uşağın üzərinə qaynar su tökülüb

Avtosfer.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2024-cü il təvəllüdlü (13 günlük) Xanməmmədli Zeynəb Yaşar qızı ehtiyatsızlıqdan yaşadığı evdə üzərinə qaynar su tökülməsi nəticəsində termik yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

(oxu.az)

Seçilən
217
2
avtosfer.az

10Mənbələr