AZ

İsrail XİN başçısı: “HƏMAS dünyadan silinməlidir”

“HƏMAS dünyadan silinməlidir”.

NOCOMMENT.az report-a xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen “X”də yazıb.

O, BMT Baş katibi Antoniu Quterreşlə görüşdən imtina etdiyini bildirib.

Nazir buna səbəb kimi BMT-nin balanslı siyasət yeritdiyini göstərib: “7 oktyabrdan sonra balanslaşdırılmış yanaşmaya yer yoxdur”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Seçilən
174
16
nocomment.az

10Mənbələr