Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Bildirilib ki, iyunun 23-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub. Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında 35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.