Bu ilin yanvar ayında paytaxtın Xətai rayonu NZS qəsəbəsi ərazisində 76 yaşlı qadını vurub öldürən "BakuBus" sürücüsünə hökm oxunub.
Far.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 32 saylı marşrut xətti üzrə çalışan sürücü Famil İsgəndərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.
Xətai Rayon Məhkəməsi ona 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il yarım azadlıqdan məhrumetmə cəzası verib. Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkəcəyi bildirilib.
Qeyd edək ki, hadisə yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında baş verib. Famil İsgəndərov idarə etdiyi "BakuBus" MMC-yə məxsus BMC markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, yanvarın 29-da vəfat edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Far.Az