AZ

“Kəpəz” azarkeşləri əmin olsun ki…

Premyer Liqanın yeganə sponsorsuz komandası “Kəpəz”də bəzi məsələlərdə qeyri-müəyyənlik hiss olunsa da, klubun strategiyasındakı dəyişiklik, gerçəkləşən bəzi təyinatlar qərb təmsilçisinin bəlli bir planla hərəkət etdiyinə işarə edir.

Bunlardan biri/birincisi Cabir İbrahimovun Gəncə Futbol Akademiyasına direktor təyin olunmasıdı. AFFA-nın yenidən etimad göstərdiyi İbrahimov akademiyaya cavabdeh şəxs olsa da, onun qeyri-rəsmi formada klubun inkişafı yönündə təsir qüvvəsi də az deyil. Öncəki illərdə Gəncə şəhər stadionunun direktoru və “Kəpəz”in icraçı direktoru vəzifələrində çalışmış İbrahimovun bu postlarındakı uğurlu idarəçiliyi AFFA-nın diqqətindən yayınmayıb. Məhz elə bu səbəbdəndi ki, ölkənin bir nömrəli futbol qurumundan ona Gəncədəki mühüm post həvalə olunub.

“Kəpəz”in idarə heyətinin sədri İlqar Nadiri klubun gələcək planlarında İbrahimovu yanında görmək istədiyini, onun təcrübəsindən yararlanmaq istəməsi də təsadüfü deyil. Ölkə futbolunda idarəedicilik baxmından çatışmazlıqlar olduğu və hər fürsətdə bu məsələnin gündəmə gəldiyi bir dönəmdə işini bacaran insanları görmək sahəmiz üçün sevindiricidir.

Xüsusi ilə “Kəpəz” kimi böyük və çalışmağın o qədər də asan olmadığı yerdə adı heç bir mənfi məsələyə qarışmadan və sadəcə öz işinə köklənməyi bacarmaq uğurdur. Həsrətində olunan Gəncə Futbol Akademiyasının belə sürətli hazır vəziyyətə gətirilməsi pərdə arxasında necə bir əməyin olduğundan xəbər verir. İstənilən məsələdə çalışmaq, əmək verməklə yanaşı, işə yanaşma və onu bacara bilmək önəmlidir. Hələlik İlqar Nadiri də, Cabir İbrahimov da üzərlərinə düşəni edir. 

Gəncə futbolsevərləri klubun ağır şəraitindən, sponsorsuzluqdan, nəticənin olmadığından narazıdır. Haqlı olaraq mövcud durum onları qane etmir. Ancaq bir şeydən əmin olsunlar ki, sevimli klubları işini bilən və “Kəpəz”in adına yaraşan səviyyədə insalara əmanətdir. 

Tunar

Seçilən
628
10
idmanxeber.az

10Mənbələr