AZ

Təyyarə qəzası zamanı necə sağ qalmaq olar? - Bu araşdırma sizi dəhşətə gətirəcək

Təyyarə qəzası zamanı quyruq hissəsində oturan sərnişinin sağ qalma şansı ən yüksəkdir.

Publika.az xəbər verir ki, mütəxəssislər qəza zamanı təyyarənin və insanların başına nə gəldiyini görmək üçün səhrada təyyarəni qəzaya uğratdıqları unikal sınaqdan sonra belə qənaətə gəliblər.

“Daily Mail” yazır ki, sınaq ABŞ-Meksika sərhədi yaxınlığındakı Sonoran səhrasında baş tutub.

Qəzadan əvvəl pilot hava şarı vasitəsilə “Boeing 727” təyyarəsindən çıxıb. Daha sonra uzaqdan idarə olunan təyyarə qəzaya uğradılıb.

“Boeing” 225 km/saat sürətlə hərəkət edərək yer səthinə çırpılıb. Bu vəziyyət sıldırım enişin fövqəladə vəziyyətinə tam uyğundur, bu halda sağ qalma şansı demək olar ki, yoxdur.

Təşkilatçılar bu sınaq üçün 1,5 milyon dollar xərcləyiblər.

Seçilən
31
1
publika.az

2Mənbələr