AZ

Sabiq baş nazir qəflətən öldü

2013-2023-cü illərdə Çinin baş naziri olmuş Li Keqianq 68 yaşında ürək tutmasından dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Çinin dövlət mediasında yer alan xəbərlərə görə, Li ötən gecə Şanxayda istirahət edərkən infarkt keçirib. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

2013-2023-cü illər arasında baş nazir vəzifəsini icra edən Li, prezident Si Cinpin ilə birlikdə son 10 ildə Çin siyasətinin aparıcı simalarından biri idi. Baş nazir olduğu müddətdə Li iqtisadiyyatın gündəlik idarə olunmasına cavabdeh idi və Covid-19 dövründə özəl sektorun təşviqi, struktur islahatları və fövqəladə iqtisadi tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib.

Li-nin maliyyə risklərinin azaldılmasına və Çini balanssız iqtisadi artımdan davamlı inkişaf modelinə çevirmək üçün struktur islahatlarına yönəlmiş iqtisadi siyasətləri "Linomika" olaraq adlandırıldı.

Seçilən
177
4
publika.az

10Mənbələr