AZ

Aİ Azərbaycan və Ermənistanı ilin sonuna kimi sülh prosesini yekunlaşdırmağa çağırır

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı ilin sonuna kimi sülh prosesini yekunlaşdırmağa çağırır.Leqal.info xəbər verir ki, bu barədə Aİ Şurasının iki günlük iclasının sonunda qəbul olunan yekun sənəddə bildirilib.“Avropa İttifaqı Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə davamlı dəstəyini bildirir.Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna kimi yekunlaşdırmağa çağırır”, - sənəddə deyilir.Sənəddə, həmçinin Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi əks olunur.Leyla KamilLeqal.info

Seçilən
430
16
leqal.info

10Mənbələr