Bakı.Trend:
Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə startverilib.
Trend xəbər verir ki, "Bakı Ekspo Mərkəzi"ndə keçirilənmərhələdə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri,Prezident Administrasiyasının Humanitar siyasət, diaspor,multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva,Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri MəleykəAbbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarəHeyətinin sədri Zaur Əliyev və Azərbaycan Respublikasının gənclərvə idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupununrəhbəri Fərhad Hacıyev iştirak edir.
Qeyd edək ki, əyani mərhələni uğurla başa vuran 328 namizədyarımfinalda iştirak edir. "Yüksəliş" müsabiqəsinin yarımfinalmərhələsinin ilk günündə iştirakçılar "Nə? Harada? Nə zaman?"intellektual oyununda öz bilik və bacarıqlarını nümayişetdirdilər.
Yarımfinalın növbəti günlərində iştirakçılar keyslər üzrəmübarizə aparacaq və onların səkkiz səriştəsi (strateji düşüncə,effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi,kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarəedilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindənqiymətləndiriləcək.
Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan"Qiymətləndirmə konfransı" metodu ilə həyata keçirilir.Namizədlərin səriştələri onlara verilən tapşırıqlara yanaşmalarınaəsasən qiymətləndiriləcək.
İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsiəsasında və qabaqcıl formatda hazırlanaraq Azərbaycanıniqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələriniəhatə edir. Yarımfinal mərhələsi 7 iyul tarixində tamamlanacaq.Mərhələni uğurla başa vuran iştirakçıları final mərhələsi gözləyir.Müsabiqənin final mərhələsi 19-21 iyul tarixlərində keçiriləcək.Bununla da dördüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixindəimzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlartərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 minmanat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.