AZ

HƏMAS-ın daha bir komandiri öldürüldü

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri ötən gecə hava hücumları nəticəsindəHƏMAS-ın Qəzza zolağındakı Dəniz Qüvvələrinin komandiri Ratəb ƏbuSahibanı öldürüb.

Trend xəbərverir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Əbu Sahiban oktyabrın 24-də dənizdən İsrailinZikim və Karmia bölgələrinə hücum cəhdini planlaşdırıb və hücumarəhbərlik edib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 28-nə keçəngecə HƏMAS-ın hava qüvvələrinin komandiri Asəm Abu Rakabanıöldürüb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. ƏvvəlcəQəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, dahasonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxilolublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailinmüdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləviçağırışını elan edib.

Seçilən
954
7
az.trend.az

10Mənbələr