AZ

Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə report-un Muğan bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
 
Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.
 
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Seçilən
215
19
baku.ws

10Mənbələr