AZ

Türkiyə kəşfiyyatı PKK-nın "rəhbər şəxsi"ni Suriyada məhv edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada keçirdiyi əməliyyatda Derik briqadasının "lideri" olan PKK/YPG terrorçusunu zərərsizləşdirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, "Şibli Derik" ləqəbli Məhəmməd Azo ötən il MİT tərəfindən hədəfə alınıb.

Qeyd edək ki, terrorçu 2022-ci il fevralın 2-də Şırnak/Cizre-Silopi yolunda 1-ci Sərhəd Taburu Komandanlığının Yakacık Polis Bölməsinə təşkil edilən və əsgər Tarık Tarcanın şəhid olması, daha üç əsgərin isə yaralanması ilə nəticələnən hücumun planlaşdırılmasındakı iştirakına görə axtarışa verilib.


BiG.Az
Seçilən
224
28
big.az

10Mənbələr