AZ

Sumqayıtda zavodda baş verən yanğın söndürülüb YENİLƏNİB

Sumqayıtda

Sumqayıt, 28 oktyabr, Ə.Rzayeva, AZƏRTAC

Sumqayıtda köhnə düymə zavodunda baş verən yanğın söndürülüb.

AZƏRTAC xəbər verir ki, yanğın zavodun ümumi sahəsi 30 kvadratmetr olan geyim otağında baş verib. Çağırışa cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri artıq yanğını söndürüblər.

Yanğın zamanı bir əməkdaş yüngül zəhərlənib, ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

20:38

 

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış yerinə cəlb olunublar.

AZƏRTAC xəbər verir ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
310
2
azertag.az

7Mənbələr