AZ

Qazaxıstanda şaxtada qəza nəticəsində ölənlərin sayı 38-ə yüksəlib 

Qazaxıstan Qarağandı vilayətində Kostenko daş kömür şaxtasında baş vermiş qəza sonucunda ölən mədənçilərin sayı 38-ə çatıb.

 
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, 8 mədənçinin axtarışları davam edir.

 
“Axtarış işlərinin aparılması dağılmış şaxta texnikasının, eləcə də bəzi yerlərdə dağıntıların olması ilə çətinləşir”, – nazirlik açıqlayıb.  

Seçilən
239
8
oxu.az

10Mənbələr