Mahaçqala aeroportuna qanunsuz daxil olmuş şəxslər oradan çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Rusiya DİN-in Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi qanunsuz aksiya keçirilməsinin mümkünsüzlüyü barədə xəbərdarlıq yayıb. Bildirilir ki, “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Dağıstanda iğtişaşlarla əlaqədar operativ qərargah yaradılıb.