Azərbaycanda seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib.
NUHÇIXAN xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, seçkilərdə müşahidəçi qismində iştirak etmək istəyən hər kəs dairə seçki komissiyasına və MSK-ya müraciət edə bilər:
"Seçkilərdə aşkarlığın təmin edilməsini isə media qurumları həyata keçirir. Azərbaycan dünyada yeganə ölkədir ki, media orqanları seçkiləri müşahidə etmək, prosesi işıqlandırmaq üçün heç bir qurumdan icazə almırlar. Onların press-vəsiqəsini göstərməyi kifayətdir".
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta