Ermənistanda yeni qanun layihəsi təklif edilib.
Herbiand.az">Herbiand.az xəbər verir ki, bu qanun layihəsini erməni deputat Hayk Sarkisyan təklif edib.
Ermənitanda hərbi mükəlləfiyyətli şəxslər 27 yaşadək hərbi xidmətdən keçməlidir. Əgər şəxs 27 yaşa qədər hərbi xidmət keçməyibsə, o zaman şəxs:
24 ay müddətində hərbi xidmət keçməlidir,
12 ay müddətində hərbi xidmət keçərək 2,5 milyon dram (10566 manat) ödəməli,
6 ay müddətində hərbi xidmət keçərək 5 milyon dram(21132 manat) ödəməli,
1 ay müddətində hərbi xidmət keçərək 10 milyon dram(42265 manat) ödəməli,
Hərbi xidmət keçməmək üçün 15 milyon dram (63397 manat) ödəməlidir.