AZ

Azərbaycan və Dünya Bankı enerji sektorunda əməkdaşlığı müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

MediaPost xəbər verir ki, bunu qurumun enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormierlə görüşən energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, "yaşıl enerji"nin müxtəlif marşrutlarla ötürülməsi və enerji səmərəliliyi ilə bağlı çoxşaxəli əməkdaşlıq imkanları müzakirə edilib.

Xəbərlər departamenti

Seçilən
729
9
mediapost.az

10Mənbələr