AZ

ABŞ İsrailə yenidən 227 kiloqramlıq bomba göndərir

ABŞ

Bayden administrasiyasının təxminən 2 aydır bir tonluq bomba ilə birlikdə göndərilməsini dayandırıdığı 227 kiloqramlıq bombaları yenidən İsrailə göndərməyə başladığı iddia edilir.

Reyting.az
bildirir ki, “Anadolu” Agentliyinə açıqlama verən və adının çəkilməsini istəməyən bir səlahiyyətli sözügedən bombaların daşınma prosesində olduğunu və önümüzdəki həftələrdə İsrailə çatdırılacağını deyib.

Onun sözlərinə görə, İsrailin Rəfah şəhərinə hücum edəcəyini açıqladığı vaxt onların əsas narahatlığı 227 kiloqramlıq bombalar deyil, əhalinin sıx məskunlaşdığı ərazilərdə bir tonluq bombaların potensial istifadəsi olub.

Sözügedən rəsmi 227 kiloqramlıq bombaların ayrı-ayrılıqda İsrailə göndərildiyini təsdiqləyib və bir tonluq bombaların göndərilməsinin hələ də dayandırıldığını vurğulayıb.

Xatırladaq ki, İsrail əhalinin sıx məskunlaşdığı Rəfah şəhərinə hücum edəcəyini elan etdikdən sonra Bayden administrasiyası mülki əhali arasında tələfatın qarşısını almaq üçün bir tonluq və 227 kiloqramlıq bombaların daşınmasını dayandırdığını açıqlayıb.



ELÇİN
Seçilən
96
2
reyting.az

4Mənbələr