AZ

Böyük Britaniya daxili terror təhlükəsinə görə, təcili toplantı keçirəcək

Böyük Britaniya İsrail və HƏMAS arasında münaqişənin yaratdığı daxili təhlükəsizlik təhdidini müzakirə etmək üçün hökumətin iclasını keçirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İsrailin Qəzza zolağına cavab hücumlarından sonra Britaniyada antisemitizm və islamofob hadisələr kəskin şəkildə artıb. Londonda və Böyük Britaniyanın digər böyük şəhərlərində Fələstin tərəfdarı olan kütləvi nümayişlər keçirilib.

“Hökumətin həmişə etdiyi kimi, Britaniya sistemlərinin terror təhlükəsindən qorunduğuna əmin olmalıyıq”, – Ali Təhsil Katibi Robert Halfon deyib.

Qeyd edək ki, Britaniyanın kəşfiyyat agentliyi MI5 hazırda ölkə üçün terror təhlükəsini əhəmiyyətli hesab edir, yəni hücum ehtimalı olduğunu bildirir.

Ariz Həsənoğlu,

KONKRET.az

Seçilən
706
50
konkret.az

10Mənbələr