Bakı. Trend:
Qarabağ Dirçəliş Fondunun (QDF) kollektivi oktyabrın 28-dəEkologiya və Təbii Sərvətlər Nazirliyinin ulu öndər Heydər Əliyevin100 illik yubileyi ilə əlaqədar təşkil etdiyi ağacəkmə aksiyasındaiştirak edib.
Müşfiqabad qəsəbəsində keçirilən tədbirdə ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev və Qarabağ Dirçəliş Fondunun İdarəHeyətinin sədri Rəhman Hacıyev də iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilliliderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkməqsədilə təşkil olunan aksiya zamanı 2 hektar ərazidə QDFtərəfindən ianə olunan Abşeron yarımadasının torpaq-iqlim şəraitinəuyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığınbərpası QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən birinitəşkil edir.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və TəbiiSərvətlər Nazirliyi arasında imzalanan Anlaşma Memorandumuna uyğunolaraq Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 minağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı (8 minədəd), Həmişəyaşıl sərv (7 min ədəd), Göyrüş (4 min ədəd),Qlediçiya (3 min ədəd) və Şərq çinarı (8 min ədəd) ağaclarınınəkilməsi həyata keçirilib.
Hazırda QDF-in sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərininyeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalininkütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektarərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur ki, bu da həminərazidə ekoloji tarazlığın bərpasına çox böyük töhfə olacaq.
Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun