AZ

Ruslar Volodimir Zelenskinin Krımdakı evini neçəyə satdılar?

İlhaq edilmiş Krımın işğalçı hakimiyyəti Ukrayna prezidenti Volodimir Zelenskinin ailəsinin Livadiya kəndindəki mənzilini hərracda 44,3 milyon rubla (476 min ABŞ dollarından çox) satıb.

Editor.az RİA Novosti-yə istinadən bildirir ki, ümumi sahəsi 119,5 kvadratmetr olan mənzil ötən həftə satışa çıxarılıb. Mənzilin ilkin dəyəri 24,6 milyon rubl təşkil edib. “Krım Respublikası, Yalta şəhəri, Livadiya qəsəbəsi, Baturina küçəsi, bina 44 A, mənzil 501 ünvanında yerləşən mənzil hərracda 44 milyon 356 min rubla satılıb. Hərracda cəmi iki iştirakçı olub ” – mesajda deyilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
620
1
editor.az

10Mənbələr