Olaylar "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?" sualına cavabında bildirib.
"Biz bu sülhü mümkün qədər tez görmək istəyirik", - Türkiyə lideri söyləyib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımların atılmasının tərəfdarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31