AZ

Azərbaycanda polis hər yerdə bu qadını axtarır - FOTO

Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova Aygün Tahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. 

Bu barədə Redakor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub. 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Seçilən
194
21
redaktor.az

10Mənbələr