AZ

Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır

Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilikdə, ölkə üzrə 17 mərkəzdə təşkil olunacaq imtahanlara 5 038 namizəd dəvət edilib.

Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara dair 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə tapşırıqların hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə, 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Seçilən
24
50
aznews.az

10Mənbələr