AZ

Qəzza bölgəsinin şimalından 800 mindən çox dinc sakin çıxarılıb

Qəzza zolağının şimal rayonlarını ən azı 800 min dinc sakin tərk edib.Olaylar.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan mətbuat katibi Conatan Konrikus brifinqdə deyib."Şadıq ki, hərbi əməliyyatların əsas zonasından 800 mindən çox fələstinli təxliyə olunub" - o deyib.Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib. (Trend)

Seçilən
606
50
olaylar.az

10Mənbələr