AZ

Sosial yardımlar nə qədər artırılacaq?

“Gələn ildən ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq”.

Demokrat.az
bildirir ki, bunu millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.



O qeyd edib ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir:

“Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək”.

Deputatın sözlərinə görə, bir ailənin 5 üzvü varsa və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdırsa, bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur:

Seçilən
336
45
demokrat.az

10Mənbələr