İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.