“Bakıda parking xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli Azparking əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar. Sanki robotdular. Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Mətbuat Şurasının üzvü, “Yeni Çağ” Medianın rəhbəri Aqil Ələsgər sosial şəbəkədə yazıb.
O, sual edib ki, insanlar iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün niyə pul ödəməlidilər:
“Tamam, ödəsinlər, ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq Azparkingə getməlidir?!
Maraqlıdır ki, Azparking əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin AYNA tərəfindən edildiyini bildirirlər. Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır.
Hesab edirəm ki, Azparking ilə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır…”.
Telegram kanalımız