
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu həbs edilib.
Reyting.az xəbər verir ki, bu barədə Arif Hacılı sosial şəbəkə hesabında məlumat yayıb.
Arif Hacılı qeyd edib ki oğlu Orxan Hacılı bir neçə gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar həbs edilib.
Qeyd edək ki, bir müddət əvvəl Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia edilən sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.