Pentaqon 300 əsgərini ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiyanı əhatə edən əməliyyat məsuliyyəti zonasına göndərəcək.
APA-nın məlumatına görə, bunu departamentin mətbuat katibi, general Patrik Rayder keçirdiyi brifinqdə deyib.
Rayder əlavə edib ki, o, qüvvələrin dəqiq yerlərini açıqlamaq niyyətində deyil, lakin onların İsrailə göndərilməyəcəyini vurğulayıb.