AZ

Ağcabədidə keçmiş məhkumdan 7 kq heroin, tiryək və marixuana götürüldü -VİDEO

Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Senzor.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.

 

Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana götürülüb.

 

O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Seçilən
116
24
senzor.az

10Mənbələr