
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.