AZ

Qəssam Briqadaları: "Bizim onları Qəzzada saxlamağa ehtiyacımız yoxdur”

"Həmas"ın silahlı qanadı Qəssam Briqadaları əsir götürdükləri əcnəbi vətəndaşların bəzilərini Qəzzada saxlamaq istəmədikləri üçün vasitəçilərə məlumat verdiklərini bildirib.

Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde videomüraciətində İsrailin blokadası altında olan Qəzza zolağında saxlanılan israilli və əcnəbi əsirlərdən danışıb.

Əbu Ubeyde müxtəlif ölkələrdən gələn tələblər əsasında əllərində olan əcnəbi əsirlərin bir hissəsini Qəzzada saxlamaq istəmədikləri üçün yaxın zamanda azad edəcəklərini vasitəçilərə çatdırdıqlarını bildirib:

"Bizim onları Qəzzada saxlamağa ehtiyacımız yoxdur”. 

Əbu Ubeyde İsrailin quru əməliyyatı ilə bir əsgəri xilas etdiyinə dair bəyanatını təkzib edərək, "İsrailin İzzəddin Qəssamın əlində olan əsirlə əlaqə saxlamasının mümkün olmadığını" və bunun Qəzza zolağında digər qruplar və ya şəxslər tərəfindən saxlanılan əsirlərdən biri ola biləcəyini bildirib.

Əbu Ubeydə "Əgər (Baş nazir) Benyamin Netanyahu bir aylıq müharibədən sonra bir əsirin azad edilməsi ilə öyünür və bayram edirsə, bu üsulla Qəzzada qalan əsirləri xilas etməsi 20 il çəkəcək" deyib.

Netanyahunun Qəzza zolağındakı məğlubiyyəti ilə siyasi gələcəyinə son qoyacağını vurğulayan Əbu Ubeyde "Bu, işğalçı quruluşun sonunun başlanğıcı olacaq" deyib.

İsrail ordusunun qurudan Qəzzaya girməyə başladığı gündən bu yana 22 İsrail hərbi avtomobilini məhv etdiklərini bildirən Əbu Ubeyde Qəssam Briqadaları üzvlərinin İsrail qüvvələri ilə qarşıdurmalara girərək çoxlu itki verdiyinə diqqət çəkib.

İsrail ordusuna qarşı müdafiə hərəkətlərinin davam etdiyini və bu hərəkətlərin yalnız başlanğıc olduğunu vurğulayan Əbu Ubeyde “Qəzza zolağı düşmən üçün məzar olacaq” deyib.

Əbu Ubeyde əlavə edib ki, Qəzza zolağı yaxınlığında ilk dəfə istifadə etdikləri torpedo ilə son vaxtlar dənizdəki bəzi hədəflərə hücum ediblər.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. 
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Seçilən
771
50
trt.net.tr

10Mənbələr