AZ

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər

Azərbaycanın stolüstü tennisçiləri İsveçin Malmö şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Ermənistan komandası üzərində qələbə qazanıb.

Ednews xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar.

Komandamız gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Seçilən
97
5
ednews.net

10Mənbələr